Dünyanın ən ciddi sağlamlıq problemləri arasında yer alan xərçəng öz-özünə inkişaf edən bir xəstəlik deyil.
Həyat tərziniz, qidalanma vərdişiniz xərçəngin yaranmasının ən güclü səbəbləridir. Həyatınızda edəcəyiniz kiçik dəyişikliklərlə xərçəngə tutulma riskini aradan qaldırmaq olar.
Şəkərli içkilər diabet, piylənmə kimi problemlərlə yanaşı, daha böyük bir təsirə malikdir. Şəkərli içkilərin qəbul edilməsi uşaqlıq yolu xərçəngi riskini artırır. Daha sağlam bir həyatın əsas yollarından biri, şəkəri tamamilə qidalanmadan çıxarmaqdır.
Xərçəngi qarşısını alan sadə üsullardan biri müntəzəm olaraq qoz yeməkdir. Yaddaşa olan faydası məlum olan qoz, fındıq kimi məhsullar prostat xərçəngini qarşısını alma xüsusiyyətinə malikdir. Tərkibinində çox miqdarda selenyum olan bu məhsulları xüsusilə kişilərin tez-tez qəbul etməsi tövsiyə edilir.
İdman etmədən bədəninizin daha güclü və müqavimətli hala gəlməsi mümkün deyil. Bunun üçün idman zallarında vaxt sərf etməyə ehtiyac yoxdur. Gündə 30 dəqiqəlik yerimək bütün sistemi işə salan, sizi xərçəngə qarşı qoruyacaq bir üsul olacaqdır.
Xərçəngi qarşısını alan ən sadə üsullar heç şübhəsiz soğan və sarımsaq qəbul etməkdir. Gündəlik həyatınızda tez-tez istifadə etdiyiniz məhsullar arasında olan soğan və sarımsaq xərçəngin qarşısını almaqda böyük bir təsirə malikdir.
Aparılan araşdırmalara görə daim oturan, az hərəkət edən adamların xərçəngə tutulma riski digərlərinə görə daha çoxdur. Bu eyni vəziyyətdə televiziya qarşısında çox vaxt keçirən adamlara da aiddir. Televiziya qarşısında çox vaxt keçirmək kolon xərçəngi riskini artırır.
Gündə bir stəkan yaşıl çay içmək də çox faydalıdır. Aparılan araşdırmalara görə, yaşıl çayın tərkibində olan güclü antioksidantlar anti-xərçəng komponentləri arasında yer alır. (Metbuat.az)