Ali Attestasiya Komissiyası şöbə müdiri vəzifəsinə işçi qəbulu üçün elan verib.
Foodinfo.az xəbə verir ki, iş üzrə qulluq funksiyalarına aşağıdakılar daxildir:
Elmi dərəcə və elmi ad iddiaçılarının attestasiya sənədlərinin, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün Komissiyaya təqdim edilən sənədlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tamlığını və düzgünlüyünü yoxlayır;
Elmi dərəcə və elmi ad iddiaçılarının dissertasiya, avtoreferat və attestasiya sənədlərinin ekspertizasının qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirilməsinə, iddiaçıların elmi məqalələri, konfrans materialları və tədris metodiki vəsaitlərinin ekspertizasına və onların plagiata yoxlanılmasına nəzarət edir;
Elm sahələri üzrə Komissiyanın Ekspert Şuralarının tərkibinin formalaşdırılması və onların tərkibində dəyişiklik edilməsi üzrə Komissiyanın rəhbərliyinə təkliflər hazırlayır, Ekspert Şuralarının iclaslarının gündəliyini formalaşdırır;
Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi, elmi dərəcə və elmi adların verilməsi, xaricdə verilmiş elmi dərəcə və elmi adların nostrifikasiya edilməsi və Komissiyanın digər vəzifələri üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır;
Şöbənin fəaliyyətinin planlaşdırılmasını, təşkilini və həyata keçirilməsini təmin edir;
Şöbənin həyata keçirdiyi fəaliyyət və icra etdiyi işlər üzrə informasiya bazasının yaradılmasını təmin edir, rüblük və illik hesabatlar hazırlayır;
Şöbənin sektorları üzrə işçilər tərəfindən əmək intizamına riayət olunması və onlara həvalə olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməsinə nəzarəti həyata keçirir, onların xidməti fəaliyyətinin illik qiymətləndirilməsini aparır, bilik və bacarıqlarının artırılmasını təmin edir və s.