Nazirlər Kabineti iyulun 1-dən Azərbaycanda toyların keçirilməsinə icazə verib.
Foodinfo.az xəbər verir ki, toyların tələb olunan şərtlərlə keçirilməsinə nəzarət edəcək qurumlar da müəyyənləşib.
Belə ki, ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.
50 nəfərə kimi qonaqla keçiriləcək toylarda maska taxmaq məcburi olacaq, 50-150-dək qonaq olan qoy şənliklərində iştirakçılardan COVID-19 pasportu tələb ediləcək.
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər