“BioNTech” Britaniyada ortaya çıxan koronavirisun yeni mutasiyasına qarşı peyvənd hazırlaya bilər. Foodinfo.az “France Press”ə istinadən xəbər verir ki, Almaniyanın “BioNTech” şirkətinin baş direktoru Uğur Şahin şirkətin 6 həftə ərzində yeni koronavirus növünə qarşı bir peyvənd hazırlaya biləcəyini açıqlayıb.
Şahinin sözlərinə görə, şirkətin “Pfizzer”  ilə birlikdə hazırladığı mövcud peyvəndin mutasiya olunmuş növünə qarşı təsirli olması gözlənilir, lakin zərurət yarandıqda pereparat birbaşa virusun “ingilis” variantına qarşı peyvəndlənmə üçün uyğunlaşdırıla bilər. “Texniki olaraq 6 həftə ərzində yeni bir peyvənd istehsal edə bilərik”,- deyə Uğur Şahin qeyd edib.