Ukrayna Hindistandan humanitar yardım istəyib.
Foodinfo.az xəbər verir ki, bu barədə “The Hindu” nəşri yazıb.
Həmçinin Kiyev Hindistandan dərman preparatları və energetika avadanlıqları da istəyib.
Ukrayna xarici işlər nazirinin müavini Emine Japarova aprelin 9-da Hindistana yola düşəcək. Onun dörd günlük səfəri çərçivəsində bu ölkəylə humanitar yardım məsələsini müzakirə edəcəyi gözlənilir.