Ekspertlər ürək sağlamlığını qoruyan, infarkt riskini azaldan yeddi qida məhsulunu açıqlayıblar.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, qoz ürək sağlamlığını qoruyur və xolesterolu azaldır. Həmçinin ürək damarlarındakı iltihabın qarşısını alır. Zeytun yağı da ürək-damar sağlamlığı üçün olduqca dəyərli məhsul sayılır.
Ürək sağlamlığını qoruyan digər məhsullar bunlardır:
Qızılbalıq, portağal, albalı, yulaf əzməsi, qatıq.
Fərid