“COVID-19”un mənşəyini araşdıracaq ÜST-nin beynəlxalq ekspert qrupu xəstəliyin ilk meydana gəldiyi Çinin Uhan şəhərinə gediblər. Foodinfo.az xəbər verir ki, bu barədə “CGTN” telekanalı məlumat verib. Bildirilib ki, Sinqapurdan Uhana səfər edən heyət 14 günlük karantinə alınacaq. Mütəxəssis qrupa Yaponiya, Qətər, ABŞ, Almaniya, Vyetnam, Avstraliya, Hollandiya, İngiltərə və Danimarkadan nümayəndələr daxildir.