“Dünyada səhiyyə sahəsində çalışacaq işçi çatışmazlığı qlobal bir problemdir”.
Foodinfo.az xəbər verir ki, bu barədə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus danışıb.
“COVID-19 pandemiyası dövründə milyonlarla səhiyyə işçisi və baxıcı yoluxdu, onlardan minlərlə insan həyatını itirdi və çoxları çalışmaqdan yoruldu. Pandemiya dövründə səhiyyə xidmətlərindəki ən böyük axsama işçilərin çatışmazlığı ilə əlaqədar oldu. Səhiyyə işçisi çatışmazlığı qlobal bir problemdir”, - deyə Qebreyesus bildirib.