COVID-19-dan sağ qurtulanların 70 faizində “uzunmüddətli COVID” elementləri müşahidə olunur. 

Foodinfo.az xəbər verir ki, bu barədə türkiyəli həkim Şevket Arslan danışıb. 

Onun sözlərinə görə, bu cür hallar kişilərə nisbətən qadınlara iki dəfə artıq qeydə alınır. Belə ki, xəstəlik immunitet sisteminin fəaliyyətini zəiflədir və uzun müddət təsirlərini göstərir. Xəstəliyi yüngül keçirənlərdə belə 12 həftədən artıq müddətdə xəstəlik xüsusiyyətləri özünü göstərir. Bu hal “uzunmüddətli COVID” adlanır, həmçinin “Post-COVID vəziyyəti” də deyilir. 

Ekspertlərin fikrincə bu hal xəstəliyi keçirmiş insanların 30-70 faizində müşahidə oluna bilər.