Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edir! Foodinfo.az xəbər verir ki, iş aşağıdakı kimidir: Vəzifə: Böyük merçendayzer İş yeri: Bakı şəhəri İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi Yaş həddi: 20-40 yaş Təhsil: Ali təhsil
İşin Təsviri: Tabeliyindəki merçendayzerlərin fəaliyyətlərinə nəzarət etmək, yaranan problemlərin həllini koordinasiya etmək. Vəzifə öhdəlikləri:  - Mağazalar və digər satış nöqtələrinə çatdırılmış məhsulların müqavilədə göstərilən şərtlərə əsasən sərgilənməsini, vitrin, soyuducu, rəfbaşı və teşirlərdə sərgilənməsini təmin etmək; - Məhsulların yerləşdiyi rəflər və digər inventarların üzərinə şelftolker və voblerlərin vurulması üçün lazımi avadanlıqlarla təmin olunma barədə şirkətin müvafiq əməkdaşlarına məlumat vermək; - Satışların artırılması üçün öhdəliyində olan mağazalar və satış nöqtələrinin rəhbərliyinə təkliflər vermək, ehtiyac olduqda müştəri ilə birbaşa rəhbərini əlaqələndirmək; - Tövsiyə rəf qiymətlərinin məhsulların üzərində, görünən yerdə və düzgün şəkildə əks olunmasına, məhsulların rəflərə, vitrinlərə, soyuduculara və digər inventarlara müəyyən edilmiş planoqram əsasında yığılmasına nəzarət etmək; - Məhsulların planoqram qaydalarına və müqavilə şərtlərinə əsasən düzülüşü zamanı yaranan problemləri həll etmək, problemlərin həllində birbaşa rəhbəri və ehtiyac olduqda şirkətin digər əməkdaşlarından yardım istəmək; - Tabeliyində olan işçilərə ümumi qaydaları və tapşırıqları aşılamaq, təqib etmək, işin gedişatında yaranan problemlərin həllində müvafiq addımlar atmaq; - Tabeliyində olan işçiləri nizam-intizam qaydaları, iş vaxtı, geyim proseduru və s. təlimatlarla tanış etmək, təlimatlara əməl edilməsinə nəzarət etmək, boşluqlar aşkar etdikdə yenidən təlimatlandırmaq; - Ayın əvvəlində tabeliyində olan əməkdaşların əvvəlcədən müəyyən edilmiş şirkət qaydaları çərçivəsində rut fəaliyyətini planlamaq və həftəlik nəticələr barədə məlumatlandırmaq; - Mütəmadi olaraq öhdəliyində olan mağazaları ziyarət etmək, mağazadakı şirkət əməkdaşlarının fəaliyyətini izləmək, ehtiyac olduqda tabeliyindəki işçilərə müvafiq tapşırıqlar vermək. Tələblər: - Yaxşı səviyyədə rus dili biliyi (ingilis dili biliyinin olması arzuolunandır); - Liderlik qabiliyyəti; - Şəxsi avtomobilin olması mütləqdir. Təminatlar:  - Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır; - Nahar ilə təmin edilmə. İş qrafiki: 5 günlük Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Böyük merçendayzer” yazıb göndərməklə müraciət edilir.