Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun Gülövşə kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib. Çayxananın sahibi və orada olanlardan 6 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.