Stokholm İqtisad Məktəbinin professoru Maqnus Soderlund insan ətinin qida kimi qəbul edilməsinin tərəfdarı olduğunu bildirib.
Alim bunu "Gastro" elmi simpoziumunda çıxışı zamanı deyib.
Onu fikrincə, meyitlərdən götürülən insan ətinin qida kimi qəbul edilməsi bəşəriyyəti xilas etməyə kömək edə bilər.
Soderlund özü də insan ətini yeyə biləcəyini istisna etməyib: "Deməliyəm ki... bunu etməyə hazıram".
Alim həmçinin ev heyvanlarını və böcəkləri yeməyi "daha real" variant kimi təklif edib.
Qeyd edək ki, kannibalizmin insan səhhəti üçün potensial təhlükəsi isveçli alimin bu ideyasının tətbiqinə mane ola bilər. Belə ki, 1960-cı illərdə Papua-Yeni Qvineya sakinləri arasında öz ölülərini yemək adəti mövcud idi. Sonradan bu adət onlar arasında "Kuru xəstəliyi" və ya "gülən ölüm" adı ilə tanınan epidemiyanın yayılmasına səbəb olub. (Sputnik)
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB