Əncir eramızdan əvvəl becərilən qiymətli bitkidir. Ən qədim mədəni bitki hesab edilən əncir ağacını XVI əsrin axırlarından tanımağa başlayıblar. Əncirin həm təzə meyvəsi, həm də qurusu müalicəvi əhəmiyyət daşıyır. Onun tərkibi A, B1, B2, C vitaminləri və minerallarla zəngindir.
Abşeron yarımadasında becərilən əncirin "Sarı sabahi" və ya "Sarı əncir" növləri xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı, nazik qabıqlı və sarı rəngli meyvələri var. Qara əncirin irisi, sarı əncirin xırdası daha keyfiyyətlidir.
Əncir orqanizmə qida vasitəsilə daxil olan şəkərin piyə çevrilməsinə mane olur. Əncir kifayət qədər kalorilidir. Təzə əncirin 100 qramında 63, quru əncirin 100 qramında 284 kalori enerji var. Tərkibində külli miqdarda lif olduğuna görə az kalorili pəhrizlərdə ondan istifadə əlverişlidir. Quru əncirin tərkibində 2 qram lif var və bu, gündəlik lif ehtiyacının 20 faizini təşkil edir. Əncir arıqlamaq istəyənlər üçün ideal desert sayılır. Əncirdə hər iki - həm həll olunan, həm də həll olunmayan lif növünün birgə olması meyvəni çox əhəmiyyətli qidaya çevirir.
Əncirdəki aktioksidantlar orqanizmdə kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri təsirsiz hala gətirir və hüceyrənin məhv olunmasının qarşısını alır. Əncirdə fenolun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur və mikroorqanizmlərə öldürücü təsir göstərir.
Tərkibində kalsiumun çoxluğuna görə əncir portağaldan sonra ikinci meyvə sayılır. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsium saxlayır. Onu uzunmüddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirirlər.
Asqırma, öskürək və soyuqdəymə zamanı süddə bişirilmiş əncirin öskürək əleyhinə, tərqovucu və qızdırmasalıcı vasitə kimi qəbul edilməsi tövsiyə olunur. Tərkibində dəmir maddəsi alma meyvəsində olandan daha çoxdur və ona görə də dəmirdefisitli anemiyalarda geniş istifadə edilir.
Kaliumun miqdarına görə badamdan sonrakı yeri tutan əncir həmin xüsusiyyətinə əsasən ürək döyüntülərinin artması və döş qəfəsində ağrılar zamanı istifadə olunur. Əncirin tərkibində olan maddələr qandurulaşdırıcı təsir göstərir, damarlarda qanın tromblaşmasının qarşısını alır.
Son xəbərlər
- Bu qidaları heç vaxt soyuducuda saxlamayın
- Duz sizi allergiya və göbələklərdən xilas edə bilər?
- Bu məhsullar zərərli xolesterol ilə mübarizə aparır
- AQTA sədri heyvandarlıq və quşçuluq təsərrüfatı sahələri, quş və quş əti, yumurta istehsalı, idxalı, ixracı sahələrində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
- Şirniyyatdan tamamilə imtina etməyin nəticələri
- Ət bişirərkən bunu etməyin?