Balıq tutarkən itkin düşən braziliyalı 68 yaşlı Maria das Grazas Mota Bernardo ərinin cəsədinin yanında üzən qayıqda bir həftə qalıb. Foodinfo.az xəbər verir ki, bu barədə “G1 Globo” məlumat yayıb.

Maria Grazas əri, 68 yaşlı Xose Nielson de Souza Bernardo ilə martın 28-də balıq tutmağa gedib. Cütlük Rio Neqroda üzərək bir neçə gün sonra evə qayıtmağı planlaşdırıb. Onların iki qayığı var idi: birində çay boyunca üzürdülər, digəri isə daha kiçik ölçülü meşələrin su basmış ərazilərində balıq tutmağa gedibər.

Səfər zamanı kişi infarkt keçirib və qəfil ölüb. Balıqçı qadın ölmüş əri ilə bir neçə gün qayıqda gözləyib. Qadın yalnız aprelin 4-də Braziliya Hərbi Dəniz Qüvvələrinin helikopterinin köməyi ilə tapılıb.

Mariya Qrasasa ilkin tibbi yardım göstərilib, sonra isə Manaus şəhərindəki xəstəxanaya aparılıb. Səlahiyyətlilərin ölümün dəqiq səbəbini müəyyən etmək üçün kişinin cəsədinin yarılması gözlənilir.

Leyla