Bol yaşıl yarpaqlı tərəvəzlər, tam taxıllar, zeytun yağı, quş əti və balıq yemək qocalıqda yaddaş problemləri riskini azaldır. Foodinfo.az xəbər verir ki, MIND pəhrizi adı verilən bu qidalanma Cincinnati Universitetinin alimləri tərəfindən araşdırılıb. Belə ki, 10 il ərzində 14 mindən çox insanlar üzərində aparılan araşdırma zamanı bu pəhrizə riayət edənlərdə yaddaş pozulmasının daha az olduğu müəyyən olunub.

Mütəxəssislər yaşlı insanlara bu pəhrizdən faydalanmağı tövsiyə edir.