Rusiyanın Sankt-Peterburq Dövlət Elektrotexnika Universitetinin mütəxəssisləri ultrabənövşəyi şüalardan istifadə etməklə ətin keyfiyyətini və təzəliyini müəyyən etməyə imkan verən texnologiya hazırlayıblar.

Foodinfo.az xəbər verir ki, bu barədə TASS yazır.

Bu üsul ət istehsalı və emalı ilə əlaqəli müəssisələrdə, o cümlədən anbarlarda, emalatxanalarda və iaşə müəssisələrində çox faydalı ola bilər. Yeni metodika məhsulu bir neçə dəqiqə ərzində qiymətləndirməyə imkan verir ki, bu da ətin keyfiyyətinə və təzəliyinə nəzarəti xeyli asanlaşdırır.

Metodun mahiyyəti ondan ibarətdir ki, ultrabənövşəyi şüalanma heyvanların əzələlərində olan müəyyən maddələrə təsir edir. Onlar adenozintrifosfat (ATF) adlanır və hüceyrələr üçün enerji mənbəyidir. Heyvanlar kəsildikdən sonra ətdə ATF metabolitlərinin səviyyəsi azalmağa başlayır. Bu ATF metabolitlərinin konsentrasiyasına əsaslanaraq, ətin təzəliyi haqqında nəticə çıxarmaq mümkündür.