Alimlər müəyyən ediblər ki, ev heyvanları yaşlılarda beyin fəaliyyətinin pisləşməsini ləngidir.
Foodinfo.az "Scientific Reports" jurnalında dərc edilən araşdırmaya istinadən xəbər verir ki, tədqiqatçılar yaşla birlikdə yaddaş, icra funksiyası, dil və psixomotor qabiliyyətlərin ən az it sahibləırində azaldığını qeyd ediblər.
Eksperimentdə 51 yaşdan 101 yaşa qədər 637 nəfərin iştirak etdiyi bildirilir. Onlara bir ildən 13 ilə qədər nəzarət olunub. 80 yaşdan yuxarı insanlar zehni qabiliyyətlərini qiymətləndirmək üçün hər il, daha gənc olanlar isə dörd ildə bir dəfə yoxlanışdan keçiblər. İştirakçıların 29%-i pişik, it və ya digər heyvanlar saxlayıblar.
Məlum olub ki, yaşla bütün subyektlərdə zehni funksiya və yaddaş pisləşir, lakin ev heyvanlarının sahibləri bu problemlə daha gec və daha az qarşılaşıblar.
Alimlər qeyd ediblər ki, bu təsir ən çox itləri gəzdirən insanlarda müşahidə olunub.