İnsanın rifahına təsir edən bir çox amillər var. Bunlar arasında təhsil, ətraf mühit kimi mühüm əhəmiyyət kəsb edənləri ilə yanaşı digərləri də mövcuddur.
Məsələn, evlərimizdəki ən adi əşyalar belə iqtisadi rifaha mənfi təsir edə bilər. Gəlin bu əşyaların nə olduğunu və yaşam tərzinə necə maneə yaratdığı barədə danışaq.
1. Köhnə və lazımsız paltarlar
Köhnə və lazımsız paltarlar təkcə fiziki deyil, həm də enerji baxımından dolabda yer tutur. Bu, sizə keçmiş dövrləri və ya mənfi hadisələri xatırlada bilər ki, bu da mütləq mane olacaq. Odur ki, keçmişi buraxıb yeni imkanlar əldə etmək üçün şkafınızı lazımsız əşyalardan boşaldın.
2. Qəpik qabları və köhnə pul kisələri
Qəpik yığdığımız qablar və saxladığımız köhnə pul kisələri gəlir axınına ciddi təsir edə bilər. Çoxlu xırda qəpiklər diqqətimizi özünə yönəldir ki, bu da böyük pullar qazanmaq üçün düşünməyə imkan vermir. Biz kiçik xərclərə bağlanırıq və maliyyə artımının böyük mənzərəsini görmürük.
3. Enerjisi olmayan "ölü" əşyalar
Süni çiçəklər, içi doldurulmuş heyvan dəriləri və dəridən hazırlanmış məmulatlar mənfi enerji daşıya və müsbət pul enerjisinin axınına mane ola bilər. Evinizdə hansı əşyaların "ölü enerjiyə" malik olduğunu müəyyən edin və daha canlı, müsbət təsir göstərən əşyalara üstünlük verin.
4. Sınıq və qırıq şeylər
Evdəki qırıq əşyalar sanki özünə şübhəni simvolizə edir. Bizi korlanmış əşyalar əhatə etdikdə, bu, şüuraltımıza mənfi siqnallar göndərə və yeni uğurlara nail olmağımıza mane ola bilər. Buna görə də, müsbət enerji cəlb etmək üçün mümkün qədər qırıq şeylərdən xilas olmaq vacibdir. Bu rifah və firavanlıq üçün yer yaratmağa kömək edəcək.
5. Başqalarının əşyaları
Evimizdə olan başqalarının əşyaları maddi itki mənbəyinə çevrilə bilər. Çünki onlara hər hansı zərər dəydikdə və ya itdikdə bunun qarşılığında siz pul itirəcəksiniz.
Unutmayın ki, ev harmoniya və müsbət enerji yeri olmalıdır. Bu rifahı cəlb etmək və da varlı olmaq üçün önəmlidir.
Fərid