Bəzi qida seçimlərimiz irsiyyətlə əlaqəli ola bilər, bu da müxtəlif pəhrizlərə riayət etmək qabiliyyətinə təsir göstərə bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə həkim-genetik Antonina Akimenko danışıb.
"Pəhriz seçimləri qidaların fizioloji təsiri, maddələr mübadiləsi və dad qavrayışı arasında qarşılıqlı əlaqəni nəzərdə tutur ki, bunların hamısı genetikanın güclü təsiri altındadır. Məsələn, əgər insanın acıya qarşı həssaslığı varsa, o, bir çox tərəvəzləyi yemək istəməyə bilər", - deyə ekspert izah edib.
Həkim həmçinin xatırladıb ki, son araşdırma zamanı alimlər bu proseslərdə iştirak edə biləcək 34 gen aşkar ediblər. İddia olunur ki, onlar ciddi vegan pəhrizinə riayət etməyə təsir göstərə bilər.
Eyni zamanda Akimenko vurğulayıb ki, tədqiqatçılar genlərin pəhrizə təsirini aydınlaşdırmaq üçün yeni təcrübələr aparmalı olacaqlar. Bundan əlavə, vegetarian pəhrizində genetikanın rolu tam öyrənilməyib.