Acıya qarşı həssaslıq tərəvəz yemək istəyinə təsir edir. Bəzi pəhriz üstünlükləri irsiyyətlə əlaqəli ola bilər, bu da müxtəlif diyetlərə riayət etmək qabiliyyətinə təsir göstərə bilər. Bu barədə genetik Antonina Akimenko Gazeta.ru-a açıqlamasında məlumat verib. O, bildirib ki, pəhriz seçimləri qidaların fizioloji təsiri, maddələr mübadiləsi və dad qavrayışı arasında qarşılıqlı əlaqəni nəzərdə tutur ki, bunların hamısı genetikadan güclü şəkildə təsirlənir. Məsələn, əgər insanın acıya qarşı həssaslığı varsa, o, çox tərəvəz yemək istəməyə bilər.  

Həkim həmçinin xatırladıb ki, son araşdırmada alimlər bu proseslərdə iştirak edə biləcək 34 geni aşkar edə biliblər. Onların ciddi vegan pəhrizinə riayət etməyə təsir göstərə biləcəyi irəli sürülüb.

Nurlan