İslandiyanın deCODE genetik şirkətinin alimləri aşkar ediblər ki, insanların hər 25 nəfərindən birində qısa ömürlü genotip var. Tədqiqatın nəticələri New England Journal of Medicine-də dərc olunub.

Məlum olub ki, subyektlərin dörd faizində ürək-damar xəstəlikləri, xərçəng və metabolik pozğunluqlarla əlaqəli genotip var. Xərçəngə meylliliyə səbəb olan genotiplərin daşıyıcılarının orta sağ qalma müddəti üç il daha qısa olur.

Bundan əlavə, döş, mədəaltı vəzi xərçəngi ilə əlaqəli olan BRCA2 variantı ömür müddətini 7 il, LDLR variantı isə 6 il qısaldır. 

Fərid