Sent-Luisdəki Vaşinqton Universitetinin alimləri qocalmadan və ömrün uzadılmasından məsul olan əsas immun molekulu aşkar ediblər.

Aztibb.az “EcoPravda” portalına istinadən xəbər veri ki, müvafiq hesabat “Neuron” jurnalında dərc olunub.

Məlumdur ki, qocalma prosesi ilə bağlı bir neçə fizioloji faktor var: orqanizmin immun reaksiyaları, sərbəst radikalların və antioksidantların istehsalı arasında balanssızlıq və yuxu pozğunluğu.

Mütəxəssislər Spi geninin yaşlı heyvanların beyin qişalarında aktivləşdiyini aşkar ediblər.

Həmçinin məlum olub ki, im33 adlı variant Drosophila meyvə milçəklərində mövcuddur və yuxunu modulyasiya etmək qabiliyyətinə malikdir.

Bu böcəklər qısa ömür dövrünə və asanlıqla öyrənilə bilən genoma malik olduqları üçün genetik tədqiqatlarda tez-tez istifadə olunur.

Bundan əlavə, digər işlərdə müəlliflər sitokinlərin heyvanların davranışını modulyasiya edə biləcəyini müəyyən edə bildilər.

Beləliklə, tədqiqat qrupu sınaqdan keçirdikləri milçəklərin davranışına təsir edə biləcək bütün immun amilləri müəyyən etməyə diqqət yetiriblər.