İnsanlar, xüsusi ilə uşaqlar heç də hər zaman doğru məlumat almırlar. Sən demə, bu günə qədər məktəblərdə, kitablarda öyrəndiyimiz bir çox şeylər yanlış imiş. Və biz bu yanlış məlumatların əsasında bəzən bir ömür boyu nələrdəsə səhv etmişik.

Bugünədək bizə öyrədilən yanlış məlumatları qeyd edərək, onların doğrularını, yeni aşkarlanmış məqamları diqqətə çatdırırıq.

“Dərinin üstündən mavi görünən damarlar çirkli qan daşıyırlar”.

Nə olursa olsun, qan daim qırmızıdır. Damarlarımız mavi görünürlər, çünki yağlar işığın aşağı dalğasını absorb edir. Bu vəziyyət də yüksək enerjili mavi işığın dərimizdən keçməsinə səbəb olur.

“Ancaq 5 duyğumuz var”.

Halbuki; aclıq, susuzluq, hərəkət, təzyiq, qaşıntı və çimmək ehtiyacı kimi hisslər kimi bir çox duyğu hisslərimiz var.

“Xristofor Kolumbun Amerikanı kəşf edən məsum bir səyyah olması”.

Hər şeydən əvvəl bilməliyik ki, Kolumb olduqca varlı bir kölə taciridir. “Teleqraf”ın yazdığına görə, Kolumb kişiləri, qadınları və uşaqları İspaniyaya aparmaq üçün yığıb və onları məhz sirk heyvanları kimi kölələşdirib. İnsanların çoxu səfər zamanı ölüb və qalanlar da 6 ay ərzində həyatını itirib. Bu vəziyyətdə də Kolumb tapa bildiyi ən yaxşı tipdəki 550 insanı seçib, adamlarına da istədiklərini qula çevirmə əmrini verib. Bundan sonra isə o, daha 600 nəfərin də əlavə olunduğu ikinci səfərə çıxıb. Avropaya səfər əsirlər üçün olduqca zəiflədici olub və onlar güc-qüvvədən düşüblər. 200 əsir məhz Kolumbun əmri ilə gəmidən atılıb. Amma adamlarının əsir etdiyi 600 insan haqqında hər hansı məlumat mövcud deyil.

Yəni, Kolumb məktəblərdə haqqında danışıldığı kimi məsum bir şəkildə dünya turuna çıxan insan deyil. O, qula çevirmək məqsədilə kişi, qadın və uşaq axtaran, bu səbəblə də dünyanı dolaşan bir canidir.

“Çin səddi kosmosdan gözlə görünə bilir”.

Əslində isə Çin səddi kosmosdan adi gözlə görünə bilmir, onu ancaq xüsusi cihazla qeydə almaq mümkündür.

“Dilimiz fərqli dadları qəbul edən hissələrə ayrılıb”.

2012-ci ilin avqust ayında “The Journal of Cell Biology”də yayımlanan bir məqaləyə görə, dilimizdə fərqli hissiyatlara sahib bölgələr var, amma tez-tez alıntı edilən şirin, acı, duzlu, turş kimi dadları tamamilə ayrı bölgələrə yerləşdirən dil xəritəsi etibarlılığını itirib.

“Napaleon çox qısa boyludur”.

Tarixi mənbələrdə Napaleonun 1.58 m boyunda olduğu qeyd edilib. Amma bu gün Napaleonun 1.73 m boyunda olduğu və yaşadığı dönəmdə də bu uzunluğun norma olduğu qeydə alınıb.

“Beynimizin ancaq 10 faizlik bir qismindən istifadə edirik”.

Əslində beynimizin bütün hissəsindən istifadə edirik. Con Hopkinsdə bir nevropotoloq olan Barri Gordon deyib ki, beynimizin bütün hissəsindən istifadə edirik və beynimizin böyük bir qismi daim aktiv bir haldadır.

“Buğalar qırmızı rəngə nifrət edirlər”.

Buğalar hərəkət edən bir çox canlıya qarşı hərəkətə keçirlər. Bunu aparılan testlər ortaya çıxarıb: matadorlara qırmızı, ağ və mavi rəngdə şalvarlar geyindirərək, buğaların reaksiyasını müşahidə ediblər.

“Kosmosda cazibə qüvvəsi yoxdur”.

Amma cazibə qüvvəsi hər yerdə var. Bunu bir çox elmi araşdırmalar sübut edib.

“Kəpənəklərin ömrü bir gündür”.

Yanlışdır! Kəpənəklərin sadəcə bir neçə növü cəmi bir gün yaşayır. Daha “kəpənək olsaydım da bu günləri görməsəydim”, “kəpənəyin qəlbini qırdınsa sabahı gün üzr istəyə bilməzsən” kimi mənasız sözlər sizə pis təsir etməyəcək.

"Siçanlar pendiri sevirlər".

Yanlışdır! Siçanlar pendiri sevmirlər, onlar taxıl bitkilərini və şirin meyvələri sevirlər. İndi bildiniz nəyə görə tələnizə siçan düşmür?

“Nyuton başına düşən almalardan sonra yerin cazibə qüvvəsi olduğunu kəşf etdi”.

Yanlışdır! O almalar Nyuton ağacın altında olarkən düşmüşdü, amma, heç biri onun başına düşməmişdi. Kaş başına düşüb onu öldürəydi də biz bu gün fizikadan bir qədər az düstur əzbərləyəydik.

"İnsan gündə 8 stəkan su içməlidir"

Yanlışdır! Bu, insanın yaşından, boyundan, ölçüsündən və başqa xüsusi səbəblərdən aslıdır. Siz yenə də çox su için.

15."Adəm ilə Həvva qadağan olunmuş almanı yedikləri üçün cənnətdən qovulublar".

Yanlışdır! Heç bir müqəddəs kitabda o meyvənin adı keçməyib. Bu sadəcə “qadağan olunmuş meyvə” adlanıb.

“İtlər dünyanı ağ-qara görür”.

Yanlışdır! İtlər də insanlar kimi rəngli görür ,amma, insanlar qədər parlaq görmürlər.

“Dəvələr hürgüclərində ehtiyat halda su saxlayırlar”.

Yanlışdır! Dəvələr hürgüclərində su deyil, yağ saxlayırlar və lazım olduqda bu yağı parçalayıb su halına çevirirlər. Əlavə məlumat kimi onu qeyd edək ki, 1 kq yağ parçalandıqda 1,1 litr su ayrılır.

"Şəkərli diabet xəstələri şəkərdən uzaq durmalıdırlar".

Yanlışdır! Diabet xəstəliyi ilə şəkər arasında heç bir əlaqə yoxdur. Sadəcə adına görə bunu insanlar uydurublar.

"Suşi yapon dilindən tərcümədə çiy balıq mənasına gəlir".

Yanlışdır! Suşi yaponcadan tərcümədə “turş düyü” mənasında gəlir.

"Smartfonları yəni ağıllı telefonları gecə enerjiyə qoyub yatmaq telefonun ömrünü azaldır".

Yanlışdır! Ağıllı telefonlar enerjisi dolduğu anda enerji qəbulunu dayandıracaq qədər ağıllıdır. Necə deyərlər, gör nə günə qalmışıq ki, telefon bizdən ağıllıdır.

"Günəş sistemində 9 planet vardır".

Yanlışdır! Pluton 2006-cı ildən bu yana rəsmi olaraq planet sayılmır. Buna səbəb isə onun bütün həyatı boyunca günəşin ətrafında fırlanmaması göstərilir. Tənbəlliyin gücünə bax ki, planet olmaq xətrinə günəş ətrafında belə fırlanmağa ərinir. Belə tənbəl birini planet olaraq qəbul edə bilmərik.

" Sezar salatının adı Yuli Sezardan götürülüb".

Yanlışdır! Sezar salatı adını məşhur italyan aşpaz Sezar Kardinidən almışdır.

" Dovşanlar kök yeməyi xoşlayırlar".

Yanlışdır! Əslində dovşanlar ot bitkilərini sevirlər.

"Qrip olduğumuz zaman antibiotik qəbulunun bizə xeyri var".

Yanlışdır! Araşdırmalar göstərir ki, qrip orqanizminizə daxil olduğu anda antibiotikin heç bir önəmi yoxdur.

Everest dağı - dünya əhalisinin əksər hissəsi indiyə qədər dünyada ən hündür zirvənin Everest olduğunu düşünür. Mütəxəssislərin dediyinə görə, bu fərziyyə yalnız dağların dəniz səviyyəsi ilə nisbətdə hündürlüyünə görədir. Əslində isə dünyanın ən hündür zirvəsi Maona Keadır.

Buqələmunlar - adamların çoxu elə fikirləşir ki, buqələmunlar olduqları ətraf aləmə, obyektlərə görə öz rəngini dəyişir. Əslində, belə deyil. Buqələmunların rəng dəyişməsinin əsas səbəblərindən biri o zaman hiss etdikləri qorxu, təhlükə, bir sözlə, ətrafdan aldıqları hisslər və bu hissləri keçirən zaman toxunduqları əşyalardır.

Çin səddi - uzun müddət dünya ictimaiyyəti Çin səddinin kosmosdan görünən yeganə tarixi tikili olduğunu qeyd edirdi. Amma Aya gedən Apollon astronomları Çin səddinin görünmədiyini müşahidə etdilər. Buna baxmayaraq, hələ də dünya əhalisinin yarıdan çoxu bu fərziyyənin real olduğuna inanır.

Bədən hərarəti - dünya tibb elmi uzun müddətdir insan bədənində ən çox hərarətin baş nahiyəsində olduğunu düşünürlər. Amma əslində vücuddakı hərarət stabil deyil, bədənin müxtəlif yerlərinə dağılmaqdadır. Amma bu gün də insanların çoxu elə düşünür ki, ən böyük hərarət baş hissədə olur, odur ki, xəstələnən zaman hərarəti olub- olmadığını bilmək üçün həmən əlimizi alnımıza qoyuruq.

Dünyanın fırlanması

Dünya əhalisinin 74 faizi yerin Günəş ətrafında fırlandığını deyir. Amma modern elmin irəli sürdüyü fərziyyəyə görə, istər Günəş, istərsə də bütün planetlər eyni vaxtda öz oxları ətrafında fırlanırlar. Yəni nə Yer, nə də başqa planetlər Günəş ətrafında dövr etmir.

İndi isə sual-cavab əsasında bildiyimiz bəzi yanlışların doğru versiyasına nəzər salaq.

Dünyanın ətrafını gəzən ilk insan kimdir?

Zənci Henry. Ferdinand Magellan dünyanın ətrafındakı dövrünü əsla tamamlaya bilməyib. 1521-ci ildə Filippində hələ turun yarısındaykən öldürülüb.

Magellan 1511-ci ildə Portuqaliyadan çıxıb Hind okeanını keçərək əvvəl Uzaq Şərqi ziyarət edib. Zənci Henryin 1511-ci ildə Malayziyadakı bir qul bazarında tapdı və onu gəldiyi yoldan Lissabona aparıb. 1519-da çıxılan dünya dövrü cəhdi də daxil olmaq üzrə bundan sonrakı bütün səfərlərində Zənci Henry Magellanın yanında gedib. Bu səfər digər istiqamətdən yəni Atlas Okeanını və Böyük Okeanın keçərək reallaşıb, buna görə 1521-ci ildə Uzaq Şərqə çatdıqlarında Zənci Henry dünyanın ətrafını tam olaraq gəzmiş olan ilk insan olub.

Ayın qoxusu necədir?

Ay barıt kimi qoxar. Aya yalnız on iki adam gedib və kosmonavtlardan heç biri xüsusi kosmos geyimləri səbəbindən Ayı iyləyə bilməyib... Ancaq Ay səthindən kabinetə döndüklərində özləri ilə bu tozlardan bol miqdarda aparıblar. Onlar Aydakı torpağın qara bənzədiyini, barıt kimi iy verdiyini və dadının çox pis olmadığını söyləyiblər.

Dünyanın nə qədəri sudur?

Yer səthinin 70 faizi su ilə örtülü ola bilər, amma su planetin kütləsinin 5 mində birindən daha azına bərabərdir - təxminən yüzdə 0,1.

Adi gözlə neçə qalaktika görülə bilər?

Beş min? İki milyon? On milyard? Xeyr cəmi dörd dənə görə bilərik. Əslində oturduğumuz yerdən yalnız ikisini görə bilərik;  bunlardan biri də içində olduğumuz boşluqdur.

Bu ana qədər yaşamış ən təhlükəli heyvan hansıdır?

Bu sualın cavabı açıq aşkar ağcaqanaddır... Bu ana qədər ölmüş olan insanların yarısı (ehtimalla 45 milyard qədər) dişi ağcaqanadlar tərəfindən viruslara yoluxdurularaq öldürülüb. İndiki vaxtda belə hər 12 saniyədə bir insan ağcaqanadlardan qaynaqlanan problem səbəbilə həyatını itirir.

Üç saniyəlik yaddaşa sahib olan şey nədir?

Bu mövzuda hələ qəti bir nəticəyə çatılmış deyil. Ancaq məşhur qanunun əksinə olaraq bir yapon balığının yaddaşı bir neçə saniyəlik deyil. Araşdırmalar yapon balığının ən az üç aylıq bir yaddaşa sahib olduğunu və dəyişik şəkilləri, rəngləri və səsləri ayırd edə bildiyini göstərir.

Yaşayan ən böyük şey nədir?

Fil mavi balina ya da nəhəng Sekoya ağacı? Xeyr, dünyada yaşayan ən böyük şey bir göbələkdir. Kəsilmiş bir ağac kötüyünün üzərində böyüyən bal göbələyindən (Armillaria ostoyae) bu ana qədər görülən və Oregondakı Malheur Milli Meşəsində olan ən böyük nümunə 890 hektarlıq bir sahəni örtür və yaşı 2000 ilə 8000 arasında təxmin edilir.

Döyüşdən üç qat daha təhlükəli olan şey nədir?

Çalışmaq; içki, narkotik ya da döyüşdən daha çox insan öldürməkdədir. Hər il təxminən iki milyon insan işlə əlaqədar qəzalar və xəstəliklər üzündən həyatını itirir; döyüşlərdə isə hər il 650 min adam ölür. Fərdi olaraq isə ən təhlükəli işin Bering dənizində çalışan alyaskalı xərçəng ovçularına aid olduğu deyirlər.

Acı bibərin ən acı hissəsi harasıdır?

Acı bibərin ən acı qisminin nüvələri olduğuna dair inancın tərsinə olaraq, əsl acı olan hissə o toxumların tutunduğu mərkəzdəki pərdədir.

Sevinc TELMANQIZI, “Yeni Müsavat”