Çin sakini səhhətindəki problemlərdən qorxaraq 50 kiloqram arıqlayıb və 20 yaş cavan görünüb. Bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

Quandun əyalətindən olan 36 yaşlı Ming soyadlı şəxsin əvvəllər çəkisi 120 kiloqram olub. Mingə də 20-yə yaxın patologiya diaqnozu qoyulub.

2021-ci ildə atasının kök qonşusu insult keçirəndə hər şey dəyişib. Həddindən artıq spirtli içki qəbul etdiyi üçün kişi beyninə qan sızması nəticəsində iflic vəziyyətinə düşüb. Bundan xəbər tutan Minq həyat tərzini dəyişməli olduğunu başa düşüb.

Kişi arıqlama nəticələrini internetdə paylaşıb və bir çox istifadəçi onun 20 yaş cavan göründüyünü bildirib.