Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın bir sıra bank və kredit təşkilatlarının nümayəndələrinin Türkiyəyə təcrübə səfərini təşkil edib.
Foodinfo.az xəbər verir ki, səfər Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti” (AzAFF) layihəsi çərçivəsində baş tutub. Məqsəd AKİA-nın müvəkkil kredit təşkilatlarının və Azərbaycanın digər önəmli kredit təşkilatlarının mütəxəssislərinə Türkiyədəki kənd təsərrüfatı maliyyə bazarları haqqında məlumat vermək və onların Mərkəzləşdirilmiş Kənd Təsərrüfatı Kredit Qiymətləndirilməsi Sistemi haqqında praktik biliklər əldə etməsinə dəstək verməkdir.
Səfər çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, bu ölkənin əsas kredit təşkilatları ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan nümayəndə heyətinə Türkiyədə hal-hazırda kənd təsərrüfatl sahəsində görülən işlər haqqında məlumat verilib. 3 günlük səfər müddətində Azərbaycanın kredit mütəxəssisləri fermer təsərrüfatları ilə tanış olublar.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə 2015-ci ildən həyata keçirilən AzAFF layihəsi həm ölkədəki fermerlərə texniki dəstək verilməsi, həm də kredit təşkilatlarına kənd təsərrüfatı istehsalçılarının kredit təminatını yaxşılaşdırması üçün dəstək təklif edir. Azərbaycanda bütün kredit təşkilatlarınn istifadəsi üçün açıq olan mərkəzləşdirilmiş AzALES - Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirmə Sistemi AzAFF layihəsi çərçivəsində qurulub.
Nurlan
Son xəbərlər
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin