Harvard Universitetinin doktorantı Nick Norwitz, xolesterol səviyyəsinə necə təsir etdiyini öyrənmək üçün dörd həftə ərzində 720 yumurta yeyib. Foodinfo.az xəbər verir ki, bu barədə “Mirror” yazıb. Həddindən artıq çox yumurtanın zərərli olduğuna və xolesterinin səviyyəsini artıra və ürək problemlərinə səbəb ola biləcəyinə uzun müddətdir inanılırdı. Lakin son illərdə bu təkzib olunur. Oksford Universitetində insan beyninin metabolizması üzrə fəlsəfə doktoru olan Dr Norwitz öz tapıntılarını YouTube-da yerləşdirib və videoya 197.000 dəfədən çox baxılıb. Yemək planını açıqlayaraq, otağında düzülmüş və təcrübə zamanı toplanmış 40-dan çox yumurta qutusunun şəklini göstərib.
O, yumurtadan başqa hansı qidaları yediyini, gündəlik idman rejimini açıqlamayıb. Ancaq o, ilk iki həftədən sonra gündə 60 q karbohidrat yeməyə başladığını söyləyib.