
Sözün əsl mənasında boşqab içində sağlamlıq.
Foodinfo.az oxuculara “Lürmə” salatını təqdim edir:
Tərkib:
1 ədəd iri badımcan
1 diş sarımsaq
20 qr süzmə
½ dəstə şüyüd
¼ dəstə nanə
Duz, istiot
Hazırlanması:
Badımcan közdə bişirilir. Qabığı təmizlənib xırda doğranır.
Üzərinə xırda doğranmış sarımsaq, göyərti əlavə edilir.
Salata süzmə əlavə olunur, duz, istiot səpilib qarışdırılır.
“Lürmə” salatı şüyüd yarpağı ilə bəzədilib süfrəyə verilir.