ABŞ-da qadın eyvanının altında nəhəng ekzotik sürünən aşkar edib. Bu barədə WRDW məlumat yayıb.

Qadın iddia edir ki, onun həyətində nəhəng kərtənkələnin məskunlaşdığından xəbəri olmayıb. Amerikalının sözlərinə görə, bu barədə ona qonşu uşaqları deyib.

Məlum olub ki, Cənubi Amerika kərtənkələsi qadının eyvanının altında gizlicə yaşayırmış. Sürünənlərin uzunluğu demək olar ki, bir metr olub.

Qeyd edək ki, bu kərtənkələklər yuvalarda yaşamağa üstünlük verən yırtıcılardır. Kərtənkələlər kiçik heyvanlarla qidalanır və onları bütövlükdə udur. Orta uzunluğu təxminən bir metr və çəkisi yeddi ilə səkkiz kiloqram arasındadır.

Leyla