Evdə yemək olmayanda sosiska-kolbasa yada düşür. Axı onlar ən rahat tezbazar yeməkdir. Həm dadlıdır, həm də 2 dəqiqəyə süfrənizdədir!
Yəqin ki, siz də sosiskanı qaynadır və "2-5 dəqiqə qaynasın, bir az da şişsin, dadlı olsun” düşüncəsiylə hazırlayıb sonra yeyirsiz. Amma bu, yanlışdır! Sosiskalar bişmiş olduğu üçün onları qaynatmağa heç gərək yoxdur!
Sosiskanı soyuq halda yemək istəmirsizsə, o zaman qaynar suda sadəcə isitmək (!) və ya mikrodalğalı sobada 30 saniyə saxlamaq olar. Yəni, bu ət məhsulu qaynadılmır, sadəcə isidilir. Qaynadıldığı halda dadı-tamı itir, ədviyyatları suya çıxır.
Bəziləri isə sosiskaların "plyonkası”nı soyub qaynadır ki, bu da doğru deyil, onlar qida pərdəsi ilə qaynar suya salınmalı, sonra soyulmalıdır, belə olan halda ətin dadı da özündə qalır.
Belə, bizi izləyin ki, maraqlı və faydalı məlumatları sizə çatdıraq!
Son xəbərlər
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub