Kolumbiya hakimiyyəti narkobaron Pablo Eskobara məxsus olan begemotların bir hissəsini məhv etməyi planlaşdırır. Bu barədə BBC News xəbər verir.
Hazırda Kolumbiyada ən az 166 kokain begemotu var. Ölkənin ətraf mühit naziri Susana Muhamad bildirib ki, heyvanlardan 20-si sterilizasiya ediləcək. Digər heyvanlar ya xaricə göndəriləcək, ya da məhv edilməyə başlanacaq.
Pablo Escobar 1980-ci illərdə şəxsi zooparkı üçün qeyri-qanuni olaraq Afrikadan begemot gətirib. Daha sonra dörd heyvan tərk edilmiş bir mülkün yaxınlığındakı gölməçədə nəzarətsiz qalıb və çoxalmağa başladı. Təbii düşmənlərin olmaması səbəbindən onların sayı artır. Mütəxəssislər 2040-cı ilə qədər Kolumbiyada bu heyvanların sayının 1500-ə çatacağından qorxurlar.
Kolumbiya hakimiyyəti illərdir begemotların yayılmasının qarşısını almağa çalışır.
Fərid