ABŞ sakini intuisiyasını dinlədiyi üçün lotereya cekpotunu qazanıb. Bu barədə UPI məlumat yayıb.

Cənubi Karolina ştatının Greenville şəhərindən olan bir qadın qəhvə içmək üçün girdiyi mağazada lotereya bileti almağa qərar verib.

Amerikalı qadın bileti aldıqdan dərhal sonra onun üzərindəki qoruyucu təbəqəni çıxarıb və iki milyon dollar qazanıbş

Qalib bildirib ki, böyük pul mükafatına baxmayaraq, həyatını dəyişmək fikrində deyil və işə davam etməyi planlaşdırır.

Fərid