“Retatrutide” adlı dərman piylənmədən əziyyət çəkən xəstələrə kömək edib. Tədqiqat Amerika Qaraciyər Xəstəliklərinin Tədqiqi Assosiasiyasının (AASLD) iclasında təqdim olunub.
Qeyd edək ki, dərman piylənməsi olan insanlara 11 ay ərzində orijinal çəkisinin təxminən dörddə birini itirməyə imkan verir. Yeni araşdırma göstərib ki, Retatrutide həmçinin qaraciyər yağlanması xəstəliyini, qaraciyərdə və ətrafında çox miqdarda yağ yığılmasını müalicə edə bilər. Mütəxəssislərin qeyd etdiyi kimi, bu vəziyyət piylənmənin ümumi yan təsiridir.
Tədqiqatçılar dərmanın yüksək və ya aşağı dozasını qəbul edən 98 nəfərin məlumatlarından istifadə ediblər. Nəticədə xəstələrin qaraciyərində piylərin miqdarının orta hesabla 81-86 faiz azaldığı məlum olub.