Balanslı qidalanma uşaqların böyüməsi və inkişafı üçün çox vacibdir. Mütəxəssislər bildirir ki, bəzi məhsullara uşaqlıq çağında daha çox üstünlük vermək lazımdır, çünki onların təsiri sağlamlığı müəyyənləşdirir.
Oxucuları məşhur dietoloq Ferin Batmanın uşaqlar üçün hazırladığı faydalı qidalar siyahısı ilə tanış edirik.
1. C vitamini ilə zəngin məhsullar
Bədəni toksinlərdən təmizləmək və immuniteti gücləndirmək üçün C vitamini ehtiyacı qarşılanmalıdır. Bunun üçün bütün fəsillərdə gün ərzində 2 -3 meyvə uşaq rasionuna daxil edilməlidir. Uşaqların şirniyyat istəklərini qarşılamaq üçün meyvə çərəzləri, meyvəli dondurma və smuzilərdən də istifadə edilə bilər.
2. Yulaf
Yulaf, B vitamini, dəmir, sink və kalsium ilə zəngin əla səhər yeməyi seçimidir. Karbohidrat və lif tərkibli şorbalar da uşaqlara enerji verir.
3.Yumurta
Yumurta zülal mənbəyidir. Eyni zamanda B, E vitamini və dəmirlə zəngindir. Uşaq menyusunda ət, balıq, yumurta, paxlalı və qoz-fındıq kimi protein mənbələrinə üstünlük verilməsi vacibdir. Kiçik yaşlı uşaqlara yumurta sarısı faydalıdır.
4. Qoz-fındıq
Uşaqlar həm yağa, həm də zülala ehtiyac duyduqları üçün qoz-fındıq onlar üçün sağlamlıq mənbəyidir.
5. Süd və süd məhsulları
Süd məhsulları uşaq menyusuna əlavə edilməlidir.
6. Brokoli
Brokoli həm böyüklər, həm də uşaqlar üçün ən faydalı tərəvəzlərdən biridir. Kalsium, kalium, beta-karotin, B vitamini və digər qida maddələri ilə zəngin tərəvəz, inkişaf yaşındakı uşaqlar üçün mütəmadi istifadə edilməlidir.
7. Rəfinə edilməmiş taxıl məhsulları
Bütün taxıl məhsullarının qida dəyəri yüksəkdir. Qəhvəyi düyü və kəpəkli buğda çörəyi lif, mineral və vitamin baxımından ağ undan hazırlanmış qidalardan üstündür.
8. Zülal
İnkişafda olan uşaqların zülala ehtiyacı var. Paxlalı bitkilər, qoz-fındıq və ya ət, balıq, toyuq və hinduşka bu yaxşı seçimlərdən bəziləridir.
9. Göyərti
Göyərti əlavə edilmiş şorba, smuzi və omletlərə üstünlük verin.
10. Balıq
Balıq, Omeqa-3 tərkibi sayəsində uşaqları xroniki xəstəliklərdən qoruyur, beynin inkişafına kömək edir, yüksək protein tərkibi isə böyüməni sürətləndirir.
Nurlan
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır