Veysəloğlu Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları direktoru Ülvi Babaşov “ASAN TV”də yayımlanan "İnkişafdasan" proqramının qonağı olub. “Avtomatlaşdırma və süni zəkanın iş mühitinə təsiri” mövzusunda baş tutan müzakirə zamanı Ülvi Babaşov süni zəkanın istifadəsi ilə bağlı təhlükəsizlik riskləri və onların idarə olunması, avtomatlaşdırmanın işçilərin rol və məsuliyyətlərinə təsiri, müəssisələrin bu texnologiyalara hazır olması üçün atılmalı olan addımlar, yeni texnologiyalar və onların potensial təsirləri haqqında öz mövqeyini açıqlayıb.

Veriliş zamanı Ülvi Babaşov bildirib ki, Şirkətlər Qrupumuz avtomatlaşdırmaya böyük önəm verir və bu sahədə 20 illik təcrübəyə malikdir. Hazırda Şirkətlər Qrupu böyük transformasiya dönəmindən keçir və köhnə sistemlərimizin hər biri müasir tələblərə uyğun yenilənir.

Ülvi Babaşov eyni zamanda avtomatlaşdırmanın ən yüksək modeli olan robotlaşma prosesindən də ətraflı bəhs edib. O bildirib ki, bu proseslər “Araz”, “OBA” və “Veysəloğlu” şirkətlərində geniş şəkildə tətbiq olunur. Direktor əlavə edib ki, Şirkətlər Qrupunda süni zəkanın iş proseslərində istifadəsinə də xüsusi önəm verilir.

Həmin verilişin tam versiyası ilə aşağıda paylaşılmış linkə keçid etməklə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=OysNqacrv44&t=3s