Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 22-də ölkə üzrə 434 ictimai iaşə obyektində 757 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., dəniz kənarında yerləşən, fiziki şəxs Cəfərov Nizami İsa oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Abbasov Samir Miryusif oğluna məxsus kafe;
3. Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi 41 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Telman Tofiq oğluna məxsus “Faxralı” kafesi;
4. Bakı şəhəri, Sabunçu rayonu, R. Axundov küçəsi 17 ünvanında yerləşən, fiziki şəxs Şirinova Validə Eldar qızına məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 44 ünvanında yerləşən, hüquqi şəxs “Şah-ət” MMC-yə məxsus restoran;
6. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., ev 3, m.14 ünvanında yerləşən, fiziki şəxs Azər Hacıhüseynov Əbilhəsən oğluna məxsus “Porto” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
7. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Allahverdiyev Rauf Musa oğluna məxsus "Su səsi" restoranı;
8. Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən, fiziki şəxs Süleymanov Rəşid Salman oğluna məxsus "Soyuq bulaq" restoranı;
9. Şəki şəhəri, Öryət kəndində yerləşən, fiziki şəxs Məlikov Elçin Nadir oğluna məxsus kafe;
10. Kürdəmir rayonu, Çöl Ərəb kəndində yerləşən, fiziki şəxs Mahmudov Ağaismayıl Ağakərim oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.