Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 22-də ölkə üzrə 395 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 60m ünvanında yerləşən, fiziki şəxs Həmidov Nihat Cavid oğluna məxsus kafe;
2. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., ev 21m ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad qızına məxsus “BeeArif By MyDom” restoranı;
3. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., Malakan bağında yerləşən, hüquqi şəxs “Qonaq Hospitality Group” MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Xətai rayonu, Telnov küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Hətəmli Çingiz Elçin oğluna məxsus kafe;
5. Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi, ev 41d ünvanında yerləşən, hüquqi şəxs “Brilliance” MMC-yə məxsus “Qəsr” restoranı;
6. Bakı şəhəri, Yasamal rayonu, A. A. Bakıxanov küç., ev 2 ünvanında yerləşən, hüquqi şəxs “Vorf Project” MMC-yə məxsus “Scalını” restoranı;
7. Bakı şəhəri, Xəzər rayonu, Heydər Eyvazov küç., ev 45b ünvanında yerləşən, fiziki şəxs Mansurov Vüqar İlqar oğluna məxsus kafe;
8. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən, fiziki şəxs Məhərrəmov Eldəniz Sabəddin oğluna məxsus “Orman” restoranı;
9. Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən, hüquqi şəxs “Torart” MMC-yə məxsus kafe;
10 Ucar rayonu, H. Əliyev pr., ev 150 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Surxay Nüsrət oğluna məxsus kafe;
11. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 33C ünvanında yerləşən, fiziki şəxs Musayev Sərxan Yaqub oğluna məxsus “Arion” otelinin tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.