Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az xəbər verir ki, ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsinə nəzarət məqsədilə Agentlik əməkdaşları tərəfindən monitorinq keçirilib. Monitorinq çərçivəsində 18 adda bioloji fəallığa malik qida əlavəsinin qida təhlükəsizliyi sertifikatı olmadan satışının həyata keçirildiyi müəyyən edilib. 18 adda bioloji fəallığa malik qida əlavəsinin sertifikatsız satışının həyata keçirilməsi səbəbilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qeyd olunan məsələ ilə bağlı monitorinqlər davam etdirilir.