Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 29-da ölkə üzrə 411 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 129e, 705-ci məhəllədə yerləşən, fiziki şəxs Mehdiyev Mehman Telman oğluna məxsus çay evi;
2. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 42 ünvanında yerləşən, hüquqi şəxs "Mezzanıne" MMC-yə məxsus “Happy Moons” restoranı;
3. Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küç., ev 67D ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Zaur Azad oğluna məxsus “Keyfiyyət” kafesi;
4. Gəncə şəhəri, N. Nərimanov pr., ev 7, m. 29 ünvanında yerləşən, fiziki şəxs Haqverdiyev Elşad Abbas oğluna məxsus "Eden" restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.