Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 28-də ölkə üzrə 420 ictimai iaşə obyektində 733 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Əliyeva küç., ev 12 ünvanında yerləşən, hüquqi şəxs "Ellıs Catering" MMC-yə məxsus restoran;
2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Abşeron küç., dalan 3, ev 2 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Saleh Hüseyn oğluna məxsus restoran;
3. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 151 ünvanında yerləşən, hüquqi şəxs "Groupone" MMC-yə məxsus "Groupone" restoranı;
4. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küçəsi 3G ünvanında yerləşən, fiziki şəxs Hüseynov Ədalət Firuz oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 232 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Sail Məmmədli oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nəsimi rayonu, 667-ci məh., S. Vurğun küçəsi 86 ünvanında yerləşən, hüquqi şəxs "Bos Turk" MMC-yə məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.