Son günlər kütləvi informasiya vasitələrində heç bir ekspertiza rəyi olmadan qida zəhərlənmələri ilə bağlı məlumatlar yayılmaqdadır. Təbii ki, bütün bunlara səhətində problem yaranmış şəxslərdən alınmış ilkin məlumatların tələm-tələsik ictimailəşdirilməsi səbəb olur.
Lakin laborator müayinələrin nəticəsində yayılmış ilkin məlumatların doğru olmadığı, əksər hallarda isə hadisənin ümumiyyətlə qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı aşkar olunur. Faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmanın göstəricisidir.
İstənilən halda ekspertiza öz rəyini bildirmədən hansısa yarımçıq məlumatın media vasitəsi ilə yayılması yolverilməz və qərəzlidir!
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı