Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Göyçay şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Nağıyev Tərlan Məmmədtağı oğluna məxsus çörək və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə sanitar-gigiyena qaydalarına əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçirilmədiyi aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.