Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentliyin əməkdaşları Ağdam rayonu Mahrızlı və Çəmənli kəndlərində soğan anbarlarında monitorinqlər keçiriblər.
Məhsulun anbarlarda ziyanverici və xəstəliklərlə sirayətlənməsinin qarşısını almaq üçün fermerlərə müvafiq təlimat və tövsiyələr verilib.
Bildirilib ki, anbar və saxlanc yerlərində saxlanılan soğanda əsasən bakterial xəstəliklərdən sirayətlənmə baş verə bilir. Agentlik mütəxəssisləri bununla bağlı fermerlərə metodiki göstərişlər və tövsiyələr veriblər.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı