Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Sosial Menecment fakültəsinin Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bilikli və bacarıqlı gəncləri əməkdaşlığa cəlb etmək, onların qida təhlükəsizliyi sahəsində peşəkar kadr kimi yetişmələrinə dəstək məqsədilə bir neçə ali təhsil ocağı ilə əməkdaşlıq etdiyi bildirib. Eyni zamanda Agentliyin strukturu, fəaliyyəti, işə qəbul şərtləri, AQTİ-də işə qəbul prosesi ilə bağlı tələbələrə ətraflı məlumat verilib.
Sonda tələbələr AQTİ-nin Milli Referens və Mərkəzi Baytarlıq laboratoriyalarının fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, ötən tədris ilində ATMU-nun 4 tələbəsi AQTA-da təcrübə keçib və onlardan 2-i hazırda Agentlikdə çalışır. Ali məktəb tələbələrinin Agentlikdə və İnstitutda təcrübə proqramlarına cəlb olunması bundan sonra da davam etdiriləcək.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı