Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Şəki regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Şəki rayonunun, Turan qəsəbəsində yerləşən nar bağında həyata keçirilən monitorinqlər zamanı nar meyvəyeyəni və onun zədəsi, meyvə milçəyi, eyni zamanda meyvə çürüməsi, antraknoz, alternarioz, aspergillioz kimi xəstəliklərə sirayətlənmə aşkar edilib.
Monitorinq zamanı nar bağında həyata keçirilməli olan düzgün aqrotexniki qulluq qaydaları, bitki mühafizəsi və karantini tədbirləri haqqında bağ sahibinə zəruri göstərişlər verilib. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.