Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə monitoriqlər həyata keçirir, mütəxəssislər tərəfindən müşahidələr aparılır.
Foodinfo.az xəbər verir ki, növbəti monitorinq AQTA-nın fitosanitar müfəttişləri tərəfindən Saatlı rayonu, Azadkənd kəndində yerləşən “İD-Agropark” MMC-yə məxsus 365 ha meyvə bağında keçirilib. Bağda 320 ha ərazidə Mina Şirin sortu nar bitkisi kolları, 45 ha ərazidə isə badam bitkisinin müxtəlif sort ağacları əkilib. Zərərvericilərin vaxtında aşkar olunub qarşısının alınması məqsədilə sahədə feromonlu tutucu tələlər asılıb. Vizual baxış zamanı karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmə hallarına rast gəlinməyib.
Monitorinq zamanı pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə müvafiq tövsiyələr verilib.
[gallery ids="49897,49898"]