Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin rəhbəri Maris Balodisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Latviyanın ölkəmizdəki səfiri Dainis Qarançs və səfirin müavini xanım Viya Buş da iştirak edib.
AQTA sədri Qoşqar Təhməzli ölkəmizdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonaqları məlumatlandırıb. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla, eyni zamanda sahibkarlarla sıx əməkdaşlıq edilir.
Görüşdə Azərbaycanla Latviya arasında qida sənayesi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. İki ölkə arasında idxal-ixrac olunan qida, baytarlıq, bitki və bitkiçilik məhsulları ilə bağlı fikir mübadiləsi aparılıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı