Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Azərbaycanda zərərvericilərin risklərinin analizi və problemləri ilə bağlı Beynəlxalq Sistem” mövzusunda təlim-seminar keçirilib.
Dünya Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində təşkil olunan təlim-seminara fitosanitar məsələlər üzrə beynəlxalq məsləhətçi Prinqolds Arnits cəlb edilib.
Təlim-seminarda əvvəlcə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Xəyalə Dadaşova Agentliyin fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, qida təhlükəsizliyinin təmin olunması üçün bitki və heyvan sağlamlığının qorunması vacib amillərdən biridir. Qeyd edilib ki, dünyada baş verən iqlim dəyişikliyi və əkinçilik məhsullarının istehsalının intensivləşməsi zərərli orqanizmlərin faizini artırır və FAO-nun təhlillərinə əsasən həşərat, alaq otları və xəstəliklərdən illik məhsul itkiləri təxminən 20-40% arasında dəyişir.
Tədbirdə zərərli orqanizmlərin fitosanitar riskinin vaxtında və düzgün aparılmasının səmərəliliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonra layihə haqqında məlumat verilib.
Tədbir beynəlxalq ekspert Rinqolds Arnitsin mühazirə və təqdimatları ilə davam etdirilib.
Qeyd edək ki, təlim-seminarda AQTA-nın müvafiq şöbələri və regional bölmələrin, AQTİ-nin, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları iştirak edib.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı