Azərbaycan 2020-ci ilin iyul-avqust aylarında Rusiyadan taxıl idxalını 15% artırıb. Bu barədə "Rusaqrotrans" SC-nin analitik mərkəzi məlumat yayıb.
"Rusiya iyul-avqust aylarında xarici bazarlara 7,82 milyon ton buğda tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4% azdır. Lakin ixrac coğrafiyası və çeşidi fəal şəkildə genişlənir", - deyə məlumatda bildirilir.
Rusiyadan buğda alıcılarının reytinqinin ilk iki pilləsində ənənəvi olaraq Türkiyə və Misir qərarlaşıb.
Türkiyə 2020-ci ilin iyul-avqust aylarında Rusiyadan 2,05 milyon ton buğda idxal edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 33% azdır.
Son xəbərlər
- Səhər yeməyini buraxmaq həqiqətən arıqlamağa kömək edirmi?
- Son istifadə tarixi keçən hər məhsul təhlükəlidirmi?
- Gecə qəfil aclıq hissi hansı vitamin çatışmazlığının əlaməti ola bilər?
- Yaş artdıqca yeməklərin dadı niyə fərqli hiss olunur?
- Qəhvədən sonra su içmək vacibdirmi? - Mütəxəssislərdən açıqlama
- Eyni qida, fərqli nəticə: Bəziləri niyə kökəlir, digərləri isə arıq qalır?






