2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana 198,1 min ton mineral gübrə idxal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 4,3% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $56 milyon 343,4 min (azalma 20,6%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $2 milyon 945,8 min dəyərində (azalma 46,8%) 16 min 536,6 ton (azalma 24,9%) sement və sement klinkeri idxal edilib.
Hesabat dövründə respublikaya $23 milyon 169,5 min dəyərində (azalma 28,2%) 22 min 56,4 ton (azalma 19,6%) polietilen idxal edilib.
Yanvar-iyul ayları ərzində Azərbaycana $141 milyon 540,6 min dəyərində 186,3 min ton metalyayma məhsulu (azalma 3,4%), $69 milyon 208,4 min dəyərində 128 min ton qara metaldan hazırlanan çubuqlar (artım 1,7 dəfə), $15 milyon 404,9 min dəyərində 20 min 94,2 ton qara metaldan hazırlanan günyə (azalma 13%), $162 milyon 829,9 min dəyərində 98 min 98,4 ton qara metaldan hazırlanan boru (azalma 7,3%) idxal edilib.