Gələn ildən etibarən Azərbaycanda idxal karantin icazəsi ləğv olunacaq ki, bunun nəticəsində ölkəyə idxal asanlaşacaq.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və fitosanitar nəzarət şöbəsinin müdiri Xəyalə Dadaşova deyib.
Onun sözlərinə görə, bu sənədin yerinə sadəcə bildiriş təqdim etməklə yüklərin ölkəyə daha rahat gətirilməsinə şərait yaradılacaq.
"Bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər ediləcək. Belə ki, beynəlxalq təcrübədə idxal karantininin icazəsi tamamilə götürülüb. Karantin icazəsinin olması bir növ baryerlər yaradır. Hesab edirik, bütün yüklər ölkəyə sahibkarlar tərəfindən rahat şəkildə daxil olmalıdır", - deyə X. Dadaşova qeyd edib.
O həmçinin əlavə edib ki, artıq qanun layihəsi hazırlanıb və onun baxılmasına sahibkarlar da cəlb olunub.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı